Nazirlikdən sosial şəbəkələrdəki problemlə bağlı AÇIQLAMA

Nazirlikdən sosial şəbəkələrdəki problemlə bağlı AÇIQLAMA
Sosial 392
Bu gün bir sıra ölkələrdə sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.Populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər “Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər.

Oxşar xəbərlər

Sosial şəbəkələrdə problem

Sosial şəbəkələrdə problem

Sosial şəbəkələrdə problemlər yaranıb.BAKU.WS xəbər verir ki, bu gün təxminən saat 16:00 radələrindən etibarən "Instagram" sosial şəbəkəsində əməliyyat aparmaq...

770 Şou-biznes 16:58 17 iyul 2019

Son xəbərlər