"Instagram", Facebook və "WhatsApp" çökdü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

03
iyl
2019
22:17
Sosial şəbəkədə yaranmış problemlə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Tvitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: “Bəzi insanların foto, video və digər faylları yükələyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa hər şeyi zamanda normal halına qaytarmaq üçün çalışırıq”.19:13"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.BAKU.WS-in məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər. Azərbaycan istifadəçiləri də problemlə üzləşib. Bundan başqa, "WhatsApp" və Facebook-da səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.“İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.
Oxşar xəbərlər
Cəriməni ödəməyən sürücülərə bəd xəbər: DYP hərəkətə keçdi – DİQQƏT
Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb.BAKU.WS “avtosfer.az”a istina...
