Nazirlikdən ölkədə yayılmış kəpənəklərlə bağlı AÇIQLAMA

Nazirlikdən ölkədə yayılmış kəpənəklərlə bağlı AÇIQLAMA
Sosial 1113
Son günlər ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur. Bu həşəratlar kənd təsərrüfatında bioloji mübarizə vasitələrindən hesab olunur.Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, şeytanqaqalı kəpənəyi adlandırılan və elmi adı Vanessa cardui olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib.Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır. Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır", - deyə məlumatda qeyd edilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıya kütləvi kəpənək axını - Afrikadan gəliblər

Bakıya kütləvi kəpənək axını - Afrikadan gəliblər

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakıda, eləcə də şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsinin səbəbini açıqlayıb.İn...

11656 Şou-biznes 11:40 31 may 2019

Son xəbərlər