Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

05
sen
2023
14:12
Vahid məktəbli formasından imtina etməklə bağlı Elm və Təhsil Nazirliyinə müraciət daxil olmayıb.
Bu barədə Report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd edək ki, yeni tədris ilindən etibarən ölkə məktəblərində vahid məktəbli forması istifadə olunacaq. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib. Geyim forması azı 3 tədris ilində dəyişilməz qalacaq.
Oxşar xəbərlər
Bunun nəyi vahid forma olur? - “Kaspi”nin ARAŞDIRMASI - FOTO
Vahid məktəbli formalarının satışı artıq başlayıb. Hər il olduğu kimi bu dəfə də valideynlər tərəfindən müəyyən narazılıqlar ifadə edilir. Tikiş fabrikləri isə...
