Nazirlikdən əhaliyə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin avqust ayından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin, aidiyyəti müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi qaydaları mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev BAKU.WS-ə açıqlamasında bildirib.
Qurum rəsmisi bildirib ki, bu tədbirlərin keçirilməsində məqsədimiz pambıq zavodu, tədarük məntəqəsi, qurutma-təmizləmə sexləri və təsərrüfatlarda tələb olunan yanğına qarşı rejimə əməl olunması və bu sahədə icrası vacib olan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi, eləcə də vətəndaşların bir daha yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi olmuşdur. Tədbirlərimiz davam etdirilir.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...