Nazirlikdə sürücü işləmək istəyənlərin nəzərinə

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul prosesi davam edir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat ala bilərsiniz.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
