Nazirlik: "Ordumuzun yardım kampaniyalarına ehtiyacı yoxdur"

Nazirlik: Ordumuzun yardım kampaniyalarına ehtiyacı yoxdur
Sosial 1126
 

"Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər".

BAKU.WS xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.

BAKU.WS

Oxşar xəbərlər

Deputatlar əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürür

Deputatlar əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürür

Milli Məclisdə deputatlara əmək haqlarını Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürmək çağırışı edilib. Trend-in məlumatına görə, deputat Qüdrət Həsənq...

896 Siyasət 13:20 05 aprel 2016

Son xəbərlər