Deputatlar əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürür

Milli Məclisdə deputatlara əmək haqlarını Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürmək çağırışı edilib.
Trend-in məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxışında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bəyan edib.
O, həmkarlarını da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".
Digər deputatlar da Q.Həsənquliyevin çağırışına dəstək verib.
BAKU.WS

Oxşar xəbərlər
3 erməni tankı vurduq, 30 əsgəri məhv etdik (RƏSMİ)
Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunun növbəti təxribatına layiqli cavabı. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu gün erməni silah...