Azərbaycan Ordusuna 66 milyonluq yardım
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaiti açıqlayıb.
BAKU.WS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2015-ci il tarixədək 66 milyon 526 min 27 AZN, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
ABŞ və Çindən Ermənistan ordusuna 45 milyonluq yardım
ABŞ və Çin son 10 ildə Ermənistan ordusuna 45 milyon 500 min dollar yardım edib. BAKU.WS-in məlumatına görə, Ermənistanın Müdafiə Nazirliyi bu yardımı 2005-ci...