Nazirlik: "Həkim məsləhəti olmadan uşaqlara vitamin vermək olmaz"
Yeniliklərdən dərhal xəbərdar olun
“Payız və qış fəslində immunitet zəifləməsi baş verir. Məktəblərin açılışı, bağçalarda kütləviliyin artması xəstələnmə sayına təsir göstərmiş olur”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
Onun sözlərinə görə, uşaqlarda immun sisteminin gücləndirilməsi üçün düzgün və sağlam qidalanma mütləqdir:
“Körpə mümkün qədər ana südü ilə qidalanmalı, böyüklərdə balanslaşdırılmış qidalanma sistemi olmalıdır. Kiçikyaşlı uşaqlar təmiz havada çox gəzdirilməlidir”.
Nazirlik rəsmisi bildirib ki, həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil:
“Həkimin resepti olmadan vitamin qəbulu fəsadlaşmaya səbəb ola bilər. Valideynlər elə düşünürlər ki, vitamin qəbulu ilə uşağının immun sistemini qaldıra bilərlər.
Lakin elə vitaminlər var ki, orqanizmdə yüklənərək qala bilər. Nəticədə ciddi fəsadlar müşahidə oluna bilər. Mədə-bağırsaq pozuntuları da məhz bu səbəbdən qaynaqlanır. Qastrit xəstəliyi də adətən bundan qaynaqlanır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...