Nazirlik: Azərbaycanlı tibb mütəxəssisləri, yaralıların qohumları Qazaxıstana yola salınır
Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 azərbaycanlının Qazaxıstan Respublikasında müalicəsi davam edir.
Bildirilib ki, yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir:
"Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar".
Nazirliyin məlumatında vurğulanıb ki, yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Doğulduğumuz gün xarakterimizə və qərarlarımızın formalaşmasına təsir göstərə bilər
Son araşdırmalar və astroloji yanaşmalar göstərir ki, insanın doğulduğu gün onun xarakterinə, davranışlarına və hətta həyat seçimlərinə müəyyən təsir göstərə bi...