Nazirlik 190 manat yardımla bağlı SMS ittihamlarına CAVAB VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən subay şəxslərə həyat yoldaşlarının mülkə və ya nəqliyyat vasitəsinə sahib olması ilə bağlı imtina cavabının verilməsi ilə əlaqədar açıqlama yayıb.
BAKU.WS-in məlumatına görə, qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər onlara gələn cavab mesajını təhrif edərək paylaşırlar:
“Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər.
Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutulur”.
Birdəfəlik ödəmə üçün müraciət edən gənclərə imtina səbəbi kimi pensiya almaları, bəzi subay şəxslərə isə həyat yoldaşlarının adında pay torpağı, mülk və ya nəqliyyat vasitələrinin olduğu göstərilib.
Oxşar xəbərlər
49 mənzili olan şəxs 190 manat üçün müraciət edib - VİDEO
Qaydalar təsdiq edildikdən iki gün sonra - aprelin 9-dan birdəfəlik ödəmə (190 manat) vəsaitləri gündəlik olaraq köçürülür. Artıq 350 min şəxsə ödəniş edilib və...