Nazirlər Kabinetinin iki qərarı ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin iki qərarı ləğv edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2019-cu il 12 mart tarixli 87 nömrəli Qərarı ləğv edilib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...