Nazirdən ŞAD XƏBƏR: Bir sıra vətəndaşların pensiyası hər il 40% artacaq

Nazirdən ŞAD XƏBƏR: Bir sıra vətəndaşların pensiyası hər il 40% artacaq
Sosial 4931
Hər il 45 min Azərbaycan vətəndaşının pensiyası 35 faiz, 38 min vətəndaşın isə 48 faiz artacaq.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə sosial.gov.az portalının təqdimatında əmək və əhalinin müdafiəsi naziri Sahil Babayev deyib.Nazir qeyd edib ki, pensiyaların verilməsinin avtomatlaşdırılması ilə bağlı qanunvericilik aktları baxılması üçün ölkə parlamentinə təqdim olunub və artıq birinci oxunuşda müzakirə üçün tövsiyə edilib: "Müvafiq elektron sistemin yaradılması ilə bağlı bütün işlər başa çatıb və dekabrın 15-dən etibarən test rejimində işləyəcək. Qanunun qəbul olunması 2019-cu ilin yanvar ayından hər pensiya yaşına çatmış vətəndaşa SMS vasitəsi ilə öz ad günündə pensiyaya çıxdığı barədə bildiriş alacaq".Nazirin sözlərinə görə, SMS-in mətnində pensiyanın məbləği və vətəndaşın bank kartının harada ala biləcəyi haqqında məlumat olacaq.BAKU.WS

Son xəbərlər