Nazir xanımlara lazımsız plastik əməliyyatlarla bağlı çağırış etdi
"İnsanlara süni və yanlış gözəllik standartları təlqin edilir".
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, gözəllik standartları insanlara uşaq yaşlarından oyuncaqlar vasitəsilə təqdim olunur:
"Daha sonra insan yeniyetməlik yaşına çatanda heç bir qüsuru olmasa belə, xarici görünüşünü bəyənmir".
Nazir sağlam, qüsursuz insanları lazımsız, ziyanlı prosedurlardan uzaq durmağa çağırıb:
"Tələb təklif doğurur. Tələb elə formalaşmalıdır ki, insanlar hansısa bədbəxt hadisə nəticəsində yaranmış qüsura görə plastik əməliyyat etdirsinlər. Ona görə də jurnalistlərə müraciət edirəm ki, maarifləndirmə işlərində birlikdə çalışaq".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda yolun təmiri vətəndaşları çıxılmaz hala salıb
Bakının Nərimanov rayonu ərazisində bir neçə müddətdir yol bərbad vəziyyətdədir. Ərazidə təmir işləri aparılsa da, nə vətəndaşların rahat hərəkəti təmin edilib,...