Nazir uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib
25
apr
2018
13:15
Təhsil naziri Ceyhun Bayramov İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib.APA-nın xəbərinə görə, ötən il Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanunun qəbul edildiyini xatırladan nazir qeyd edib ki, ölkədə məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb, normativ hüquqi aktlar formalaşıb: "Məktəbəqədər təhsillə bağlı hakimiyyətin müxtəlif qolları arasında funksiyalar qanunvericilikdə tamamilə açıq şəkildə göstərilib. Məzmuna görə cavabdehlik funksiyası, məktəbəqədər təhsil müəssisələrinin saxlanılması funksiyası hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir və digər funksiyalar Azərbaycan qanunvericiliyində çox dəqiq formada öz əksini tapıb".BAKU.WS
Oxşar xəbərlər
Uşaqları bağçaya yerləşdirmək niyə problemə çevrilib? - Ekspert
Statistik göstəricilərə nəzər saldıqda ölkədəki uşaq bağçaları onlara olan təlabatın 30 %-ni ödəmir.Hazırda ölkədə valideynlər çox vaxt uşaqlarını bağçalara yer...