Nazir polkovniki birinci müavin təyin etdi

06
okt
2023
10:50
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.
Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.
Oxşar xəbərlər
Bu gün İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür. BAKU.WS xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş ver...
