Nazir müavini: Sosial şəbəkələrdə dinlə bağlı yayılan məlumatlar bəzən radikallığa gətirir
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə dinlə bağlı yayılan məlumatlar bəzən radikallığa gətirir çıxarır.
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda çıxışında deyib.
O, bildirib ki, dinlə bağlı son dövrlər sosial şəbəkələrdə çox məlumatlar yayılır. Bir tərəfdən bu məlumatlar insanları maarifləndirirsə, bəzən də radikallığa və ektremizmə gətirir. Belə halda təhsil öz rolunu oynayır. Təəssüflər olsun ki, bu gün təhsil prosesində maddi elementlərə üstünlük verilsə də, mənəvi komponentlərə, mənəvi-əxlaqi dəyərlərə lazımi səviyyədə diqqət yetirilmir. Halbuki təhsilin əsas məqsədlərindən biri məhz bu dəyərlərin gənc nəslə aşılanması olmalıdır. Bu, pedaqoji yanaşmalar baxımından son dərəcə vacib məsələdir".
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...