Nazir müavini: "AZAL-ın qiymətləri yüksək deyil"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) biletlərinin həddindən artıq baha olması barədə təəssürat yaranıb, lakin qiymətlər yüksək deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb. Aviasiya sahəsində qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması və saxlanılması xərcləri, eləcə də digər amillər təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır, dünya qiymətləri ilə alır. Bu il dövlət büdcəsindən aviaşirkətə vəsait daxil olmayıb. Düzdür, əvvəlki illərdə olub, indi isə AZAL özü xərclərini qarşılamalıdır. Bundan əlavə təyyarələrin dəyişdirilməsinə start verilib. Üstəlik kadr hazırlığı məsələsi var. Qətiyyən demək istəmirəm ki, qiymət olduğu kimi qalacaq. ", - deyə nazir müavini vurğulayıb.
Oxşar xəbərlər
Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib. BAKU.WS xəbər verir ki, bu...