Nazir müavini aqrar sahədəki son 10 illik artım dinamikasını AÇIQLADI
"Son illlərdə kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunmaqdadır. Burada həm bitkiçilik, həm də heyvandarlıq sahəsi üzrə artımları qeyd edə bilərəm".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son 10 ildə real ifadədə kənd təsərrüfatında artım 37.7 faiz olub:
"Müvafiq olaraq bitkiçilik sahəsində bu göstərici 48.2, heyvandarlıq sahəsində isə 29.6 faiz civarında olub. Ümumilikdə müsbət tendensiyalar olaraq aqrar və qida məhsulları ixracının da 62.8 faiz yüksəklidiyini qeyd edə bilərəm".
Oxşar xəbərlər
Ölkəmizdə nə qədər ərazidə taxıl əkilir? - Nazir müavini AÇIQLADI
"Respublika üzrə doqquz min hektar ərazidə taxıl əkini aparılır". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbua...