Nazir müavini: "2060-cı ilə qədər plastik tullantıların həcmi üç dəfə arta bilər"
"Əgər tədbir görülməzsə, 2060-cı ilə qədər plastik tullantıların həcmi 3 dəfə arta bilər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, dünyada hər il təxminən 430 milyon ton plastik istehsal olunur:
"Bunun böyük hissəsi qısamüddətli istifadədən sonra tullantıya çevrilir. Tullantıların təxminən 90%-i ya yandırılır, ya da ətraf mühitə atılır. Əgər mövcud tendensiya davam edərsə, 2060-cı ilə qədər dünyada plastik tullantıların həcmi 3 dəfə arta bilər. Adambaşına düşən plastik tullantıların həcmi ölkələr üzrə fərqlənir. Avropa İttifaqı ölkələrində bu göstərici təxminən 16 kiloqramdırsa, dünya üzrə orta göstərici 13 kiloqram, Azərbaycanda isə təxminən 14-15 kiloqramdır. Son 15 ildə Azərbaycanda plastik qablaşdırma məhsullarının istehlakı təxminən 5 dəfə, istehsalı 6.5 dəfə artıb. Plastik tullantıların təkrar emalı Avropa İttifaqı ölkələrində təxminən 95%, Asiya-Sakit Okean bölgəsində 12%, Azərbaycanda isə təxminən 14-15% səviyyəsindədir".
Oxşar xəbərlər
Bakıda SPECA Şəhərlər Forumu fəaliyyətə başlayıb
Bakıda SPECA Şəhərlər Forumu rəsmi olaraq fəaliyyətə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr...