Nazir məktəbəqədər qruplarda tədrisin başlanma prosesini açıqladı - VİDEO

Nazir məktəbəqədər qruplarda tədrisin başlanma prosesini açıqladı - VİDEO
Video
Sosial 512

“Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər qrupları ümumtəhsil müəssələrinin tərkibində fəaliyyət göstərir. Biz 120 min uşağın bu il məktəbəqədər qruplarda təhsil almasını planlaşdırırıq”.

BAKU.WS xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev konfransda çıxışı zamanı bildirib.

“Ötən illərdə bu təhsil oktyabr ayından başlayırdı. Həftədə 4 dəfə olmaqla uşaqlar məktəbə gedirdilər. Bu il yenə də oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər qruplarda tədrisin başlanması planlaşdırırıq. Noyabrın 2-nə qədər bu rejimdə işləyəcəyik. Əgər həmin tarixə qədər yaxşılaşma qeyd olunsa, daha sonrakı proses müəyyən olunacaq”, - deyə nazir bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər