Nazir: “Çalışırıq ki, fevralın 15-ə qədər ənənəvi təhsilə qismən də olsa, qayıdaq“
Yeniliklərdən dərhal xəbərdar olun
"Koronavirusa yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür”.
BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, özəl və dövlət olmasından asılı olmayaraq, təhsil eyni qaydada təşkil edilir: “Bölgələrdə siniflərdə 1.5 metr məsafə qorunmaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa, qaytarılsın”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...