Nazir "Bolt" şirkətinin prezidenti ilə Bakının taksi bazarında mövcud problemləri müzakirə edib
19
iyn
2023
18:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planları müzakirə edilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında məlumat verib.
Bildirilib ki, Rəşad Nəbiyev "Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.
Görüşdə ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda taksilərlə bağlı bu yeniliklər olacaq - Nazir açıqladı
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatlardan danışıb. BAKU.WS apa-ya istinadən naziri...