Nazir Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi ilə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının İdarəedici Direktoru Makar Diyop ilə (Makhtar Diop) görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, tərəflər iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar aparıblar. Həmçinin danışıqlarda COP29-a hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün özəl sektorun investisiyalarının səfərbər edilməsi müzakirə edilib.
The COP29 President Designate met with @Diop_IFC, Managing Director of the International Finance Corporation, to discuss innovative financing solutions for climate action. As we prepare for #COP29, their dialogue focused on enhancing support for developing countries and… pic.twitter.com/08L0CDCpVb
— COP29 Azerbaijan (@COP29_AZ) October 24, 2024
Oxşar xəbərlər
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manata CƏRİMƏLƏNƏCƏKLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə sat...