Naxçıvanla quru sərhəd bərpa olunandan sonra... - 500 min insan...

Naxçıvanla quru sərhəd bərpa olunandan sonra... - 500 min insan...
Açıqlama
Sosial 170

"Naxçıvanla quru sərhəd bərpa olunandan sonra birinci ssenari odur ki, daxili turizm baxımından insanlar hər hansı turizm şirkətinə müraciət etmədən birbaşa özləri səfər edəcək. Bu, işğaldan azad edilmiş ərazilərə avtomobillərlə təşkil edilən səfərlərə oxşayacaq".

Bu sözləri BAKU.WS-in müxbirinə Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov mediatur çərçivəsində bildirib.

DTA rəsmisi qeyd edib ki, ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərə 500 mindən çox vətəndaş səfər edib:

"Yayın ortasından sonra xarici vətəndaşlar üçün səfərlərə icazə verildi. Naxçıvanda isə bunların hər ikisi eyni vaxtda olacaq. Bu, o deməkdir ki, işğaldan azad olunmuş ərazilərdən keçməklə, Naxçıvana səfər etmək mümkün olacaq.

İlk dövrdə 500 minə qədər insanın səfər etməsi mümkündür. Amma eyni zamanda Bakı və Gəncədə yerləşən turizm şirkətlərinin müəyyən avtobuslarla Naxçıvana daxili turların təşkilini təşviq edəcək. Bu gün həmin səfərlər hava yolu ilə nisbətən baha başa gəlir. Amma quru sərhəd bərpa olunandan sonra səfərlərin təşkili daha ucuz başa gələcək. Bu, istənilən halda həm yerli turistlər, həm də xarici turistlərin Naxçıvana səfərini çox ciddi şəkildə artıracaq".

Orxan Hüseyn

Oxşar xəbərlər

Vətəndaşlar maklerlərdən niyə narazıdır?

Vətəndaşlar maklerlərdən niyə narazıdır?

Azərbaycanda daşınmaz əmlak bazarında dələduzluq halları geniş yayılıb. İqtisadçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, yalnız ev-alqı sahəsi...

63 Sosial 23:03 20 oktyabr 2025

Son xəbərlər