Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.
Qurumdan qeyd edilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan İğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...