Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhəri və Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
BAKU.WS xəbər verir ki, sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd olunan günlərdə 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/0,4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək.
Eyni zamanda, Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0,4 kV KTM-lərdə təmir işləri görüləcək.
Bununla əlaqədar Naxçıvan şəhərinin 59, 61, 48, 49 nömrəli məhəllələrində və Yunis Cabbarov küçəsində, eləcə də Babək şəhəri və Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...