Naxçıvanda ilk dəfə təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçiriləcək.
"Report"un yerli bürosu xəbər verir ki, oktyabrın 20-də məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim, metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.
Prosesin test imtahanı mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunacaq. Prosesdə ümumilikdə 319 tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...