Naxçıvanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üçün yeni inzibati bina tikiləcək
13
dek
2025
22:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üçün yeni inzibati bina tikiləcək.
Bununla bağlı Xidmət hazırlıqlara başlayıb.
Binanın layihələndirilməsi ilə bağlı müsabiqə keçirilir. Bu işlərin 105 min manata başa gələcəyi ehtimal edilir.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir. İddiaçılar təkliflərini yanvarın 8-i, saat 18:00-a qədər Xidmətin yerləşdiyi Naxçıvan şəhəri, H. Əliyev prospekti, 06 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 8-i, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
Oxşar xəbərlər
Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz"
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Ha...