Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisi müvəqqəti kəsiləcək
10
mar
2026
16:16
Sabah Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
BAKU.WS xəbər verir ki, martın 11-də Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10 kV-luq 16 nömrəli hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.
Nəticədə 54 və 56-cı məhəllələrdə saat 14:30-dan 16:30-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. BAKU.WS ATV-yə istinadən xəbər verir...