Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqdimat mərasimlərində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Ordubad rayon icra hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini vurğulayıblar.
Qalereya
Oxşar xəbərlər
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1 300 manat təşkil edir. BAKU.WS Modern.az-a istinadən xəbər veri...