Naxçıvan-Bakı avtobus reysləri bərpa edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək.
"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyi (NANA) bildirib.
Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 22-də Naxçıvan-Bakı-Naxçıvana istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılmışdı. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...