Naxçıvanda məktəbli yarmarkası keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 1-dən 15-dək Naxçıvanda məktəbli yarmarkaları keçiriləcək.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Yarmarka Naxçıvan şəhəri Heydə Əliyev prospektindəki Kitab Evində, həmçinin rayon mərkəzlərində hər gün saat 9:00-dan 14:00-dək olmaqla Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə baş tutacaq.
Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.
"Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Məktəbli formaları bu tarixdə SATIŞA ÇIXARILIR
Yeni dərs ilinin başlanmasına təxminən bir aylıq müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəl...