Naxçıvana uçuşlar zərərlə həyata keçirilir - Nazir müavini
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan istiqamətində uçuşlar üçün dövlətdən subsidiya ayrılır, amma olan zərərin 1/6-ni təşkil etmir.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, bu gün Naxçıvandan başqa bütün istiqamətlər üzrə uçuşlar gəlirliliyi təmin edir. “Bu gün bizim zərərli istiqamətimiz demək olar ki, qalmayıb”, - deyə nazir müavini əlavə edib.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Mülki Aviasiya Günüdür
Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məh...