Naxçıvan şəhidlərimizi qarşıladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
BAKU.WS xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Şəhid olan hərbi qulluqçularımız Qədimov Güloğlan Nürəddin oğlunun və Vəliyev Vüsal İslam oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.
Şəhidlərin cənazələri doğulduqları qəsəbə və kəndə yola salınıb.
Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.
Oxşar xəbərlər
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərin qarşılanma mərasimi olub
Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar R...