Naxçıvan Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub - FOTO

Naxçıvan Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub - FOTO
Sosial 235

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova mərkəzin direktor müavini - baş həkim təyin edilib.

Naxçıvan Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub - FOTO

Qeyd edək ki, 1969-cu ildə Naxçıvanda doğulan K.Məmmədova Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.

Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər