Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.
BAKU.WS xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.
İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək. Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq.
"Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, bu reysə bilet almaq istəyənlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilər", - deyə bildirilir.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana gəlmək istəyənlərə ŞAD XƏBƏR - SİYAHI
Rusiya Federal Hava Nəqliyyat Agentliyi (Rosaviatsiya) Azərbaycan hava limanlarına gedən marşrutların siyahısını genişləndirib. BAKU.WS Trend-ə istinadən xəbər...