Naxçıvan DİN uşaq oğurluğu halları ilə bağlı məlumatlara münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.
"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.
Oxşar xəbərlər
Naxçıvan əhalisinin sayı artıb - RƏSMİ
Muxtar respublikada 1 yanvar 2022-ci il tarixə əhalinin sayı 2011-ci ilin sonu ilə müqayisədə 44,5 min nəfər artaraq 463 min nəfər olub. BAKU.WS Naxçıvan Muxtar...