Narkotiklə tutulan ərəb şahzadəsinin İŞİD-ə bağlılığı üzə çıxdı
2 ton "kaptaqon" nakrotik maddəsi ilə tutulan Səudiyyə Ərəbistan şahzadəsi Abdul Muhsin İbn Vəlid İbn Əbdüləzizlə bağlı yeni şok ittihamlar ortaya çıxıb.
BAU.WS məlumat verir ki, "kaptaqon" adlı narkotik maddənin İŞİD xadimlərinin də istifadə etdiyi və ticarəti ilə məşğul olduqları məlum olub. "The Times" qəzetinin məlumatına görə, Kaptaqon adlı narkotik maddədən İŞİD-çilərin istifadə etdiyinə dair məlumatlar keçən il də yayılmışdı. Suriyanın müharibə xərclərinin ödənilməsi məqsədi ilə bu maddənin ticarətini həyata keçirdiyi də yeni iddialar arasında yer alıb.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Beyrutun hava limanında Abdül Muhsin Bin Vəlid Bin Abdülaziz ələ keçirillmişdi. Polis şahzadəyə məxsus yükdən 2 ton narkotik maddə aşkarlanıb, müsadirə olunmuşdu.
Livan polisinin şahzadə ilə birlikdə saxladığı 4 nəfərin sorğusu davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Ərəb şahzadəsi 2 ton narkotiklə tutuldu (VİDEO)
Livanda polis əməkdaşları Səudiyyə Ərəbistanının şahzadəsini saxlayıblar. BAKU.WS-in məlumatına görə, paytaxt Beyrutda hava limanında Abdül Muhsin Bin Vəlid Bi...