Nardaranda dini kollec açılacaq

Nardaranda dini kollec açılacaq
Sosial 620
“Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir”.BAKU.WS xəbər verir ki, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işləri həyata keçirir:“Nardaranda bir, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq”.

Oxşar xəbərlər

Mübariz Qurbanlı: "Bəzi məscidlərin sənədlərində problem var"

Mübariz Qurbanlı: "Bəzi məscidlərin sənədlərində problem var"

“Azərbaycanda insanların məscidlərdə dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparırıq”.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzr...

317 Şou-biznes 13:30 21 iyun 2019

Son xəbərlər