Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
Xəbərin doğruluğunun təsdiqlənməsi baxımından mənbə jurnalistin əsas silahıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Röyter (Reuters) Xəbər Agentliyinin Azərbaycandakı müxbiri və nümayəndəsi, Anews.az saytının təsisçisi, jurnalist Nailə Balayeva Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə bildirib.
O qeyd edib ki, jurnalist aldığı məlumatın doğruluğunu müxtəlif mənbələrdən yoxlamalıdır.
"Jurnalist xəbərin dürüstlüyünü 3 müxtəlif mənbədən təsdiqləməlidir. Xəbər yalnız yoxlanıldıqdan sonra yayımlanmalıdır. Bəzən yanlış istinadın edilməsi ciddi problemlərə yol açır. Ona görə jurnalist bu məsələni daim nəzarətdə saxlamalıdır", - N.Balayeva vurğulayıb.
Jurnalistin sözlərinə görə, etibarlı mənbələrlə qurulan əlaqələr jurnalistin peşəkar fəaliyyətində eksklüziv xəbərlərin əldə olunmasına imkan verir. O bildirib ki, jurnalist bu münasibətləri qoruyub saxlamalıdır.
"Ən önəmli məsələlərdən biri geniş əlaqə şəbəkəsinin qurulmasıdır", – jurnalist deyib.
Nailə Balayeva 1971-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə bitirib. 1991-ci ildən "Azadlıq" qəzetində, 1993-2003-cü illərdə "Turan" İnformasiya Agentliyində müxbir, 2003-2013-ci illərdə "BBC Word Service"də jurnalist kimi çalışıb. 2014-cü ildən Röyter (Reuters) Xəbər Agentliyinin Azərbaycandakı müxbiri və nümayəndəsidir.
2016-cı ildə yaradılan Anews.az saytının təsisçisidir.
Qalereya
Oxşar xəbərlər
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu "İnnovativ İnşaat Metodologiyası" üzrə qalib olub
Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal)...