Ən çox satılan avtomobillər məlum oldu – SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin birinci rübündə dünyada ən çox satılan avtomobil markaları açıqlanıb.
Fins.az-ın məlumatına görə, qlobal satışların həcminə görə, "Toyota” birinci olub. Yaponiya avtomobil markasının satışları 11% artaraq 1,9 milyon ədədə çatıb.
Almaniya brendlərindən "Volkswagen” ilə artımla başlamağı bacarıb. Marka satışların həcmini ilk 3 ayda 1,9% artıraraq 1,6 milyon ədədə çatdıra bilib. Siyahıda 3-cü olan "Ford”un satışları isə əksinə aşağı düşüb. Şirkətin satışları 2,1% azalaraq 1,4 milyon avtomobilə bərabər olub. İlk 5-likdə 1,2 milyon satışla "Nissan” və 1,1 milyon satışla "Honda” yer alıb.
Azərbaycanda məşhur Cənubi Koreya modellərinə dünyada maraq azalıb. Belə ki, ən çox satılan 20 avtomobil brendi sırasında ən böyük azalma "Kia”da olub. Markanın qlobal satışları 8,7% azalaraq 581 min ədədə düşüb. "Hyundai” isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% az satılıb(952 min ədəd).
"Audi”nin satışları 4,4%, "Buick”in 3,6%, "Peugeot”un 1,3%, "Jeep”in satışı isə 0,6% azalıb.
"Mercedes”satışların həcminə görə 9-cu olsa da, satışların artım dinamikasına görə birinci olub(18,2%).
BAKU.WS
Oxşar xəbərlər
Benzin bahalaşandan sonra: “Prado” 12 min, “Lexus ” 72 min dollar
Yanvar ayının 12-dən etibarən "Aİ-95" premium markalı benzinin qiyməti bahalaşıb. Avtomobil ekspertləri fins.az-a bildiriblər ki, benzinin bahalaşması avtomob...