Musiqi məktəblərinin ötənilki məzunlarına diplom verilmir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin ötənilki məzunlarına hələ də diplomlar verilməyib. Baxmayaraq ki, üzərindən bir ildən çoxdur vaxt keçib.
BAKU.WS bizim.media-ya istinadən xəbər verir ki, bu barədə övladları musiqi məktəblərində təhsil alıb bitirən valideynlər bildiriblər.
Dediklərinə görə, övladları ötən il məzun olsalar da, diplomların verilməsi nədənsə gecikir. Musiqi məktəblərindən valideynlərə, “Diplomların verilməsi Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Gözləyin”, - deyə bildirilib.
Məsələ bir neçə ay əvvəl də ictimailəşdirilmişdi. Amma problemin həlli ilə bağlı müsbət dəyişiklik olmayıb. Ümumiyyətlə diplomların verilməsinin hansı səbəbdən ləngiməsi barədə heç bir məlumat verilmir.
Növbəti müraciətə cavab olaraq nazirliyin mətbuat katibi Aynur Kərimova məsələnin daxili nəzarət şöbəsində araşdırıldığını, araşdırma tam bitəndən sonra açıqlama verəcəklərini bildirib.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...