Müğənnidən Azərbaycan himninə hörmətsizlik: "Ermənilərə güldürün bizi" (VİDEO)
Müğənni Zemfira İbrahimovanın paylaşdığı video qalmaqala səbəb olub.
BAKU.WS xəbər verir ki, müğənni tədbirlərdən birində Azərbaycan himnini ifa edərkən çəkilmiş video paylaşıb. Kadrlarda əksər qonaqların himni ifa etmək əvəzinə saqqız çeynəməsi müğəninin izləyicilərini hiddətləndirib. Bundan başqa müğənninin özünün himni gül-gülə ifa etməsi insanlar tərəfindən tənqid edilib.
Üstəlik müğəninin bunu göstəriş üçün etdiyi və himnimizə qarşı hörmətsizlik etdiyini söyləyənlər də olub. İzləyicilər bu cür hərəkətlərin bizi ermənilərə güldürdüyünü qeyd ediblər.
Sözügedən videonu sizə təqdim edirik:
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
"O Ses Türkiye"dən Azərbaycana növbəti hörmətsizlik: Xalq mahnısının adını dəyişdilər (VİDEO)
Türkiyənin TV 8 telekanalında yayımlanan "O Ses Türkiye" musiqi yarışında növbəti dəfə Azərbaycan mahnısı sözləri ilə musiqisi "anonim” olaraq qeyd edilib. BAK...