"O Ses Türkiye"dən Azərbaycana növbəti hörmətsizlik: Xalq mahnısının adını dəyişdilər (VİDEO)

Türkiyənin TV 8 telekanalında yayımlanan "O Ses Türkiye" musiqi yarışında növbəti dəfə Azərbaycan mahnısı sözləri ilə musiqisi "anonim” olaraq qeyd edilib.
BAKU.WS xəbər verir ki, Hadisenin komandasından olan Dodan adlı iştirakçı Azərbaycanın xalq mahnısı "Qubanın ağ alması"nı adını da dəyişərək "Iğdırın al alması" adı altında ifa edib. Üstəlik mahnının sözlərinin müəllifi və bəstəkarı anonim olaraq göstərilib.
Qeyd edək ki, sözügedən müsabiqədə etirazlara baxmayaraq dəfələrlə Azərbaycan mahnılarına bu cür hörmətsizlik edərək anonim müəllif adı altında ifa edirlər.
Xatırladaq ki, bir vaxtlar sözügedən mahnını türk müğənni Elif Avcı da "Iğdırın al alması" adı ilə ifa edib.
Aynur Ələkbərova
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanlı iştirakçılar mahnılarımıza görə "O Səs Türkiyə"dən çıxarıldı
"Dünya bəstəkarlar konvensiyası və müəllif hüququ agentlikləri, istənilən xalq mahnısının müəllifliyinə anonim yazmalıdır. Dostlar, mahnının müəllifinin adı bəl...