Müəllimlərin rüsvayçı imtahan nəticələri ilə bağlı AÇIQLAMA
04
yan
2019
12:03
Təhsil Nazirliyi “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri ilə bağlı yaranan müzakirələrə aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov açıqlamasında müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqaməsində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarət olduğunu bildirib: "Ancaq təəssüflər olsun ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var.Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Müəllimlərimizin imtahanda rusvayçı nəticələri
Bir neçə gün əvvəl Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən azərbaycan və rus bölmələri üzrə orta məktəblərinizdə dərs d...