Müəllimlərin maaşı 40 faizə qədər artacaq
24
avq
2017
22:06
2018-ci ilin sentyabrın 1-dən minlərlə müəllimin maaşı artırılacaq.BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, ötən gün bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Sərəncama əsasən diaqnostik qiymətləndirmə ilə yanaşı hər tədris ilinin sonunda mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlərin də əmək haqları artırılmalıdır.Bu təklif Təhsil Nazirliyi tərəfindən verilib. Nazirliyin nümayəndəsi Eşqi Bağırovun sözlərinə görə, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni oldugundan bu fikir irəli sürülüb. İmtahanların məzmununda ciddi fərqlər olmadığından müəllimlərin maaşlarının da bərabər artırılması məqsədəuyğun hesab edilib.Təhsil Nazirliyinin rəsmisi əmək haqqlarının nə qədər artırılacağına da aydınlıq gətirib. Onun sözlərinə görə həmin müəllimlərin maaşı müxtəlif amillərdən asılıdır. E.Bağırov, müəllimlərin maaşının 30-40 faiz artacağını deyib.Qurum rəsmisi qeyd edib ki, bu addim müəllimlərin fəaliyyəti üçün bir stimul olacaq.BAKU.WS
Oxşar xəbərlər
5000-ə yaxın müəllimin əməkhaqqı artacaq - RƏSMİ
“Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək”.Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşq...