Müharibədə iştirak edənlərə ŞAD XƏBƏR: 80 manatlar bu tarixdən verilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər. Hesab edirəm ki, proses qısa müddətdə yekunlaşacaq".
BAKU.WS xəbər verir ki, bu fikirləri Report-un sualına cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu günə qədər 6 qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib: "Onlara aylıq təqaüdün verilməsinə başlanılıb. Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısını verməsi gözlənilir. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır. Statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Oxşar xəbərlər
Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! - Fəaliyyətə başladı
Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək "Zəfər" altsistemi artıq fəaliyyətə başlayıb. BAKU.WS xəb...