Müharibə veteranı adının verilməməsi ilə bağlı AÇIQLAMA
02
apr
2021
16:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Kəndə getmək mümkün deyil. Müharibə iştirakçısı gəlir ki, bax, bu mənim hərbi biletim, onun möhürü, hərbi hissənin nömrəsi və s. Ancaq mənə veteran adı verilməyib”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Onlar veteranlara verilən 80 manatı da istəmirlər. Sadəcə onlara bu adın verilməsini istəyirlər. Hazırda veteran adının verilməsi ilə bağlı komissiya yaradılıb. Həmin komissiya bu şəxslərin də müraciətinə baxmalıdır”, - deputat bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...